11:15 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Aprelin 8-də Dubayda yerli Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə xeyriyyə hərracı keçirilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, hərraca yalnız bir rəqəmdən (7) ibarət avtomobil nömrəsi çıxarılıb. Hərracda “Telegram” messencerinin yaradıcısı Pavel Durov da iştirak edib və o, dəyəri 15 milyon dollar olan avtomobil nömrəsi uğrunda mübarizədə uduzub.
Lotun başlanğıc qiyməti 15 milyon dirhəm ( təxminən 4 milyon dollar) olub. Durov avtomobil nömrəsi üçün 35 milyon dirhəm (təxminən 9.5 milyon dollar) təklif edib. Ancaq bir neçə dəqiqədən sonra onun təklifi daha yüksək məbləğlə qüvvədən düşüb. Alıcı anonim qalmaq istəyib.
Dünyanın ən bahalı avtomobil nömrəsi yekunda 55 milyon dirhəmə (təxminən 15 milyon dollara) satılıb.
Müəllif: Elmir Murad
17 Avqust 2026
17 Avqust 2026
15 Avqust 2026