14:41 - 7.04.2023
7 aprel, Fineko/abc.az. "Toyota" 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modeli istehsal etməyi planlaşdırır.
ABC.AZ "Bloomberg"ə istinadən xəbər verir ki, "Toyota" həmçinin 2035-ci ilə qədər emissiyaları yarıya endirməyi planlaşdırır. Bununla yanaşı, şirkət neytral olmaq öhdəliyini yerinə yetirmək üçün “hibrid” avtomobilləri gücləndirərək ildə 1,5 milyon elektrikli avtomobil satışı hədəflədiyini də bəyan edib.
Avtomobil istehsalçısı 2024-cü ilə qədər Çində iki yerli istehsal edilmiş elektrik modelini əlavə etməyi planlaşdırır. “Toyota” həmçinin Asiyada akkumulyatorla işləyən pikap yük maşınlarına və yığcam elektrik avtomobillərinə daha geniş diqqət yetirəcək.
Müəllif: Elmir Murad