11:57 - 7.04.2023
7 aprel, Fineko/abc.az. Azərbaycanda bəzi supermarketlər həftə ərzində bir sıra məhsullaına endirimlər edir.
ABC.AZ olaraq marketlərin hansı məhsullara, nə qədər endirim etdikləri ilə maraqlandıq.
Araşdırmamız zamanı məlum oldu ki, bu həftə bəzi supermarketlərdə un və un məmulatlarına müəyyən endirimlər olub. Supermarketlər tətbiq edilən endirimlərin qiymətlərini açıqlasalar da, qiymətlər arasında ortalama faiz hesabı göstərilməyib.
Belə ki, ortalama faiz hesabı ilə ən çox endirim “Araz” (7.7%), az isə “Neptun” supermarketlər şəbəkəsi olub. “Rahat” supermarketlər şəbəkəsində isə ortalama faiz hesabıyla heç bir endirim olmayıb.
Supermarketlərdəki endirimlər ortalama faiz hesabı ilə aşağıdakı siyahıda tanış ola bilərsiniz:
1. “Araz” – 7.7%
2. “Bravo” – 3%
3. “Oba” – 2%
4. “Bazar Store” – 1.2%
5. “Neptun” – 0.7%
6. “Rahat” – 0% (endirim olmayıb)
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026