11:53 - 7.04.2023
7 aprel, Fineko/abc.az. “AZAL-ın maliyyə hesabatlarını araşdırdım. İnternetdə şirkətin sonuncu hesabatı 2020-ci il görünür. 2021 və 2022-ci illərin maliyyə hesabatları yoxdur. Ümumi hesabatlara görə, AZAL-ın illik gəliri, doğrudan da, 1 milyarddan çoxdur. Amma xərci 1 milyarddan bir qədər azdır”.
ABC.AZ xəbər verir ki, bunu ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, “AZAL” hansısa illəri mənfəətlə də başa vurub. Gəlir və mənfəətin ayrı-ayrı şeylər olduğunu deyən Ə.Həsənovun sözlərinə görə, mənfəət gəlirdən xərcin çıxılması yolu ilə əldə edilir. “Məsələn, biz adi vətəndaşıq, kimsə, təxminən, min manat əməkhaqqı alır, bu, onun gəliridir, mənfəəti yox. Çünki onun aylıq hansısa xərcləri var. Bu vətəndaşın aylıq xərci 700 manatdırsa, deməli, mənfəəti 300 manat olur. Əksinə, xərci 1100 manatdırsa, deməli, 100 manat da əlavə ziyandadır. 100 manatı bəs haradan götürüb? Ya kimdənsə borc edib, ya da əvvəl yığdığı puldan xərcləyib. Eyni məsələ AZAL və digər şirkətlərə də aiddir. AZAL-ın maliyyə hesabatlarından görünür ki, bəzi illərdə mənfəəti olub, yəni gəliri xərcindən çox olub. Amma əksər illərdə, xüsusən əvvəlki illərdə ziyanla işləyib. Həmin ziyan isə indiyə qədər toplana-toplana gəlib. Tutaq ki, 10 il ilin 8 ilini ziyanla, 2 ilini mənfəətlə işləyib. Hətta bu il mənfəətlə işləsə belə, əvvəlki ziyanlar hələ də AZAL-ın “belindədir”. Bunun da, dediyimiz kimi, iki yolu var – ya borc almalıdır, ya da dövlət kömək edə bilər…” deyə ekspert vurğulayıb.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026