Nestle bu şirkətin 49,95 faizlik hissəsini aldı

11:19 - 7.04.2023


7 aprel, Fineko/abc.az. 2017-ci ildə Münhendə qurulan "Yfood" şirkəti, əvvəlki illə müqayisədə  100% gəlir artımı ilə 120 milyon avro satış əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı nüfuzlu "Bloomberg" agentliyi yayıb. Məlumata əsasən, "Yfood" həmçinin bir hissəsini satıb. Belə ki, “Nestle” şirkəti "Yfood"un 49,95 % hissəsini alıb.

Sövdələşmənin maliyyə şərtləri şirkətlər tərəfindən açıqlanmayıb.