11:55 - 28.03.2023
28 mart, Fineko/abc.az. “Rolls-Royce” şirkəti “Wraith Black Arrow Collection” modelini təqdim edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, V12 mühərriki ilə təchiz edilən sonuncu kupedir.
Qeyd edək ki, Britaniya istehsalçısı 2022-ci ilin yazında “Wraith” və “Dawn” modellərinin həyat dövrünün başa çatdığını rəsmən elan etmişdi - kupe və kabriolet 2023-cü ilin əvvəlində istehsaldan çıxarılacaqlar. Onların varisləri olmayacaq - Britaniya brendinin xəttində hər iki avtomobili Spectre elektromobili əvəzləyəcək. İkiqapılı modellərlə yanaşı, V12 mühərriki də səhnəni tərk edəcək. Çünki bütün yeni Rolls-Royce modelləri elektrik güc qurğusu ilə təchiz olunacaqlar.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026