10:00 - 17.03.2023
17 mart, Fineko/abc.az. Türkiyənin ilk elektrikli avtomobili olan “Togg T10X” üçün gözləniləndən də artıq sifarişlər gəlməyə başlayıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə “Togg” rəsmiləri “Twitter” hesabındakı paylaşımda ön sifarişlər barədə məlumat verərkən bildiriblər.
“Martın 27-nə qədər davam edəcək ön sifariş prosesinin ilk 4 saatında 7734 istifadəçimiz “Togg T10X”i əvvəlcədən sifariş edib. Bizə etibar etməyiniz bizim qürurumuzdur”- deyə paylaşımda qeyd edilib.
Bu il ərzində satışa çıxarılacaq 12 min ədəd “T10X” üçün ön sifariş sahiblərini təyin edəcək çəkiliş prosesi 27 Mart tarixinə qədər davam edəcək.