“Reddit” bu funksiyasını ləğv edəcək

15:33 - 16.03.2023


16 mart, Fineko/abc.az. “COVID-19” pandemiyası zamanı işə salınan “Reddit” özünün “Talk” funksiyasına marağın az olması səbəbindən bu xüsusiyyətini ləğv edəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir k, “Reddit” hələ də səs xüsusiyyətlərini gələcəyinin bir hissəsi kimi görür, lakin digər prioritetlərə diqqət yetirmək üçün onları hələlik arxa plana keçirir.

Ləğv ediləcək xüsusiyyətlərdən sonra qeydlər dərhal silinməyəcək. Belə ki, keçən il sentyabrın 1-dən sonra keçirilən bütün müzakirələri martın 21-dən yükləmək mümkün olacaq.