Lerikdə insanlar torpaq sahələrini sənədləşdirə bilmir - Deputat danışıdı

12:28 - 14.03.2023


14 mart, Fineko/abc.az.  Hazırda Lerik rayonunun 17 kəndində insanlar ümumilikdə 700 hektarlıq torpaq sahələrini sənədləşdirə bilmirlər.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında millət vəkili İqbal Məmmədov bildirib.

Onun sözlərinə görə, buna səbəb həmin torpaq sahələrinin xəritələrinin düzgün çəkilməməsidir.

"Sonuncu dəfə 2007-2008-ci illərdə rayonlarda kadastr xəritələri yenilənib, lakin düzgün çəkilməyib. Ayrı-ayrı insanların torpaq sahələri faktlara əsasən müəyyən edilməyib. Bundan əziyyət çəkən isə sadə kənd camaatıdır. Onlar dövlətdən subsidiya ala, əmlakını banka girov qoyub kredit götürə bilmir", - deyə deputat qeyd edib.