Azərbaycan bu ölkəyə 11 milyon dollarlıq gübrə ixrac edib

14:17 - 13.03.2023


13 mart, Fineko/abc.az. Dünyada aqrar biznes üçün ən münbit torpaqlardan birinə sahib olan Argentina 2022-ci ildə Azərbaycandan azot gübrəsi idxalına başlayıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Cənubi Amerika ölkəsinə Azərbaycandan 12 539 ton həcmində azot gübrəsi ixrac edilib. Bu da $11.29 mln.-luq ixrac həcmidir.

Azərbaycandan Aregentinaya bir tonunu $900-a satıb. Bu ötən il ortalama $400-dən aşağı idi.