10:48 - 13.03.2023
13 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ben Salman yeni "Ar-Riyadh Airlines" aviaşirkətinin yaradıldığını elan edib.
ABC.AZ xəbər verir ki, yeni şirkət artıq 2030-cu ildə 100-dən artıq ölkəyə uçacaq. Amma hələlik bu barədə detallar, o cümlədən uçuşların hansı istiqamətə olacağı açıqlanmır.
Yeni şirkət üzərində nəzarəti Səudiyyə Ərəbistanını Suveren Fondu (bizim Neft Fondunun analoqu) həyata keçirəcək. Şirkətin direktorlar şurasına fondun idarəçisi Yasir əl-Rumayan və BƏƏ-nin «Etihad Airways» şirkətinin keçmiş rəhbəri Toni Duqlas daxil olacaq.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026