17:04 - 10.03.2023
10 mart, Fineko/abc.az. Türkiyədə “Twitter Blue” abunəliyi istifadəyə verilib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Twitter” istifadəçilərinə əlavə xüsusiyyətlər təqdim edən və eyni zamanda hesablara əlavə edilən mavi abunə Türkiyədə ayda 209 TL-yə təklif ediləcək.
İlon Mask tərəfindən satın alındıqdan sonra tamamilə dəyişdirilən “Twitter Blue” xidməti nəhayət Türkiyədə istifadəçilərə təqdim edildi. Brauzer vasitəsilə edəcəyiniz abunə üçün aylıq 150 TL (ABŞ qiyməti 8 dollar, cari məzənnə ilə 151 TL) ödəniş var. İllik abunə etsəniz, bu məbləğ 130,83 TL-yə düşür.
Bundan əlavə, iOS və “Android” istifadəçiləri proqram vasitəsilə, yəni “App Store” və “Google Play Store” vasitəsilə ödəniş etmək istəsələr, ayda 209 TL-dən və ya ildə 2 min 199 TL-dən bu xidmətə qeydiyyatdan keçə bilərlər.
8 Avqust 2026
8 Avqust 2026