“Boeing” korporasiyası Hindistanda zavod tikəcək

16:29 - 10.03.2023


10 mart, Fineko/abc.az. “Boeing” korporasiyası Hindistanla bağlı maraqlı təklif hazırlayıb.

Belə ki, şirkət Hindistanda sərnişin laynerlərini yük təyyarələrinə çevirəcək zavod tikməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi məlumat yayıb. Bunu kompaniyanın inkişaf üzrə direktoru Mark Allen bildirib.

O qeyd edib ki, həmin müəssisə Hindistandan “Boeing” təyyarələrinin tədarük zəncirini tamamlayacaq. “Bu ölkənin qlobal yükdaşımaları mərkəzinə çevrilməsinə kömək edəcək. Hazırda “Boeing” Hindistanda mövcudluğunu genişləndirmək siyasəti yürüdür. Kompaniya fevral ayında elan edib ki, ehtiyat hissələri üçün logistik mərkəzin qurulmasına 24 milyard dollar ayırmaq niyyətindədir. Eyni zamanda, “Air India” aviaşirkəti “Boeing” və “Airbus” korporasiyasından rekord həcmdə – 100 milyard dollarlıq 500-ə yaxın təyyarə almaq üçün sifariş verib”-,deyə şirkət rəsmisi bildirib.

Müəllif: Elmir Murad