Hyundai yeni nəsil elektrik krosseverini təqdim edib

12:05 - 10.03.2023


10 mart, Fineko/abc.az. "Hyundai" şirkəti yeni nəsil Kona elektrik krossoverini təqdim edib.

Gözlənilənlərin əksinə olaraq, yeni model tam ötürməni və ikimühərrikli güc qurğusunu almayıb.

Buna baxmayaraq, olduqca geniş miqyaslı modernləşdirmə aparılıb. Kona Electric Avropa bazarı üçün spesifikasiyada debüt edib: yeni model sələfindən daha güclü və uzunmənzillidir.

ABC.AZ xəbər verir ki, krossover iki güc variantında təklif edilən elektrik mühərriki ilə təchiz edilir və onun maksimal yürüş məsafəsi əvvəlki 305 və 484 kilometrə qarşı 392 və ya 490 kilometrdir.

Avropada Hyundai Kona Electric krossoverinin baza versiyası 156 at qüvvəli (+ 20 at qüvvəsi) elektrik mühərriki və 48,4 kilovat-saatlıq batareya ilə təklif olunacaqdır. Belə krossover enerji doldurmadan 392 kilometr (+87 kilometr) qət edir.

Daha güclü Kona Long Range 218 at qüvvəli elektrik mühərriki və 65,4 kilovat-saatlıq batareya ilə təchiz edilir. Onun yürüş ehtiyatı 6 kilometr artaraq 490 kilometrə çatıb.