Səudiyyə Ərəbistanı Bakıya uçuşları bərpa edəcək

17:14 - 7.03.2023


7 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının aşağı büdcəli aviaşirkəti “Flynas” Bakıya mövsümi uçuşları bərpa edəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, aviaşirkət Azərbaycanla yanaşı, əvvəllər mövsümi uçuşlar həyata keçirdiyi Praqa (Çexiya), Vyana, Salzburq (Avstriya), Tbilisi, Batumi (Gürcüstan), Sarayevo (Bosniya), Hurqada, Şarm Əl-Şeyx (Misir), Trabzon, Bodrum (Türkiyə) və Salalaha (Oman) istiqamətində də aviareyslər yerinə yetirəcək.

Bundan başqa, "Flynas” bu yay mövsümündə 10 yeni istiqamət üzrə uçuşlara başlayacaq. Söhbət paytaxt Ər-Riyaddan Maldiv adaları, İrəvan (Ermənistan), Antalya (Türkiyə), Tivat (Monteneqro), eləcə də Dammamdan Salalah (Oman), İstanbul, Trabzon (Türkiyə) və Tivat (Monteneqro), Ciddədən isə Salalah (Oman) və Bodrum (Türkiyə) istiqamətində həyata keçiriləcək aviareyslərdən gedir", - deyə “Flynas”ın baş direktoru Bander Almohanna bildirib.