Dövlət qurumu auditor axtarır

12:22 - 3.03.2023


3 mart, Fineko/abc.az. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC 2022-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini 17.03.23  saat 18:00 tarixinə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Hökumət Evinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80) təqdim edə bilərlər.