15:29 - 28.02.2023
28 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sabiq İdarə rəisi daşınmaz əmlak idarə edilməsi şirkətinə baş icraçı direktor təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Mirmahmud Miratayev Miryusif oğlu "Xalq Əmlak” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, bu vəzifədə Yusif Xəmmədovu əvəz edib. Y.Xəmmədov 2022-ci ilin dekabrında bu vəzifəyə təyin edilib.
Mirmahmud Miratayev Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi İmtiyazların Tənzimlənməsi İdarəsinin rəisi vəzifəsində çalışıb. O, bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilmişdi. Həmin vəzifəyə qədər isə Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi olub.