Azərbaycanda sahibkarlar üçün mühüm yeniliklər gözlənilir

15:06 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Azərbaycanda sahibkarlar üçün mühüm yeniliklər gözlənilir.

ABC.AZ xəbər verir ki, yaxın aylarda iş adamlarının əsas problemlərindən biri olan elektrik şəbəkələrinə qoşulma tarifləri yenilənəcək və kəskin ucuzlaşacaq.

Bu barədə “Elektroenergetika haqqında” qanuna edilmiş dəyişikliklərdə qeyd edilir.

Bildirilir ki, hazırda elektrik şəbəkələrinə qoşulma iş adamları üçün əsas problemlərdən biridir. Şəbəkəyə qoşulmanın texniki tərəfi, yəni texniki şərt və ya mənbənin uzaq-yaxınlığı bir tərəfə, əsas çətinliklərdən biri şəbəkəyə qoşulmaq üçün təyin edilən tariflərdir.

Müəllif: Elmir Murad