15:28 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ötən il azad edilmiş ərazilərdən ən çox yatırım Zəngilana edilib.
ABC.AZ-ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən il Kəlbəcər rayonuna isə 365 milyon vəsait yatırılıb. Bu 2021-ci illə müqayisədə 158 milyon manat və ya 76% artıq deməkdir.
Ağdamda görülən işlərə isə 330 milyon manata yaxın vəsait sərf edilib. 2021-ci illə müaqayisədə bu vəsait 184 milyon manat və ya 2,3 dəfə artıb.
Laçın rayonuna 2022-ci ildə 277 milyon manta kapital qoyulub. 2021-ci illə müqayisədə bu vəsiaitlər 159 milyon manat və ya 2,3 dəfə artıqdır.
Qubadlı rayonunda görülən işlərə təqribən 172 milyon manat vəsait xərclənib. 2021-ci illə müqayisədə 62 milyon manat və ya 56% artıqdır.
Təqribən 170 milyon manat vəsait isə Xocavənd rayonuna yatırılıb, bu əvvəlki illə müqayisədə 73 milyon manat və ya 75% artıqdır.
Ümumilikdə sözügedən rayonlara 3 milyard 889 milyon manat vəsait yatırılıb.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026