“Azəralüminium”un tenderini bu şirkət uddu

15:04 - 27.02.2023


27 fevral, Fineko/abc.az. “Azəralüminium” MMC “360 konteynerdə Gəncə - İstanbul marşrutu üzrə (qapıya təhvil şərti) dəmir yolu ilə 9900 ton ilkin alüminium külçələr yükünün daşımasının satın alınmasına dair” tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "ADY Konteyner" MMC (1403849201) olub. Şirkətlə  856 800  manat məbləğində müqavilə imzlanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl həmin qurumun 2 150  500  manat dəyərindəki “3000 ton ( 110 konteyner ) miqdarında bişmiş anod blokları yükünün Çinin “Qujing” dəmir yol stansiyasından Gəncə stansiyasına daşınmasın satınalması” (17.06.2022) tenderini  və 2 902 790 manat dəyərindəki 3264 ton bişirilmiş anod blokların Çin Xalq Respublikasının “Qujing" şəhərindən dəmir yolu vasitəsi ilə Gəncə stansiyasına konteynerlərlə daşınması” (14.11.2022) tenderlərini də  qazanıb.