12:25 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) “Azərbaycan Supermarket” MMC (və ya bazarda “Bravo” brendi) ilə bağlı məhkəməyə müraciət edib.
ABC.AZ xəbər verir ki, Dövlət Radiotezliklər İdarəsi “Azərbaycan Supermarket” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
DRİ-nin müraciətindəki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən qaynaqlanır. İşə baxan hakim Aytən Əliyevadır.
Qeyd edək ki, supermarket şəbəkəsi 2015-ci ilin fevralında təsis edilib. “PASHA Holding” MMC ilə eyni ünvanda dövlət qeydiyyatına alınıb.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026