15:59 - 20.02.2023
20 fevral, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus "MİDA" MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binaları tikdirəcək. Artıq bunun üçün tender elan edilib.
ABC.AZ-ın məlumatına görə, tikintinin dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çoxdur. Tender 2 lot üzrə elan edilib. Hər lotda iştirak haqqı 1 200 manat təşkil edir.
İddiaçılar ilkin sənədləri aprelin 3-ü, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 13-ü, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 14-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026