18:39 - 17.06.2018
17 iyun, Fineko/abc.az. Amerika Birləşmiş Ştatlarının Nyu Cersi ştatının Trenton şəhərində yerləşən "Art All Night" sərgisində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 20 nəfər yaralanıb.
Fineko/abc.az. Ria Novosti agentliyinə istinadla xəbər verir ki, atəş açmaqda şübhəli bilinən şəxs ölüb. Hadisə yerli vaxtla gecə saat 3 radələrində baş verib.
Merser rayonunun prokuroru Ancelo Onofri bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər, həmçinin atışmada digər şübhəli şəxs tutulub.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026