16:14 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsinə verilən dövlət dəstəyi yalnız güzəştli kreditlərlə məhdudlaşmamalıdır.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" mövzusunda keçirilən konfransda deyib.
"Bu proses daha geniş olmalıdır. Biznesin İnkişafı Fondunun yaradılması ilə biz bu sahədə yeni məhsullar təqdim edəcəyik", - nazir bildirib.
M.Cabbarov qeyd edib ki, bu il də əsas hədəflər arasında azad edilən ərazilərin inkişafı qırmızı xətlə keçir: "Azad edilən ərazilərdə inkişafın təmin edilməsi kapital qoyuluşlarının əksəriyyətini tələb edəcək. Digər tərəfdən sənayeləşmənin sürətləndirilməsi, aqrar sektorun inkişafı, xidmət və turizm potensialının maksimun reallaşdırılması və iqtisadiyyatın rəqəmsallaşdırılmasının təmin edilməsi, enerji keçidindən irəli gələn dövlət tənzimləməsinin təmin edilməsi və ayrı-ayrı sektorlarımızın rəqabət qabiliyyətini qorunub saxlanılması da hədəflərimiz arasındadır".
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026