Azərbaycanın bu şəhərində işləyənlərin sayı bir ildə 664 nəfər azalıb

10:31 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Gəncə Şəhər Statistika İdarəsinin rəqəmilərinə əsasən sözügedən şəhərdə muzdla (yəni rəsmi əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 2022-ci ilin yanvar-noyabr aylarında 45 721 nəfər olub.

ABC.AZ xəbər verir ki, bu dövrdə Gəncədə iş yerlərinin sayı nəinki artmayıb, əksinə azalıb. Belə ki, 2022-ci ilin əvvəlinə şəhərdə işləyənlərin sayı 46 385 nəfər olub. Bunun 28 524 nəfəri dövlət sektoru, 17861 nəfər isə özəl sektorda çalışıb.

Başqa sözlə, 2022-ci ilin sonuna Gəncədə işləyənlərin ümumi sayı 664 nəfər azalıb.

Bu dövrdə Gəncədə dövlət sektorunda işləyənlərin sayı 44 nəfər, özəl sektorda çalışanların say isə 620 nəfər azalıb.