15:24 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. 2022-ci ildə “Azərsu” ASC-nin abonentlərinin sayı 3,9 faiz artıb.
ABC.AZ quruma istinadla xəbər verir ki, 1 yanvar 2023-cü il tarixinə ölkə üzrə 1748832 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb.
Qeyd olunur ki, abonentlərin 1679880-i və ya 96,1 faizi əhali, 68952-si və ya 3,9 faizi isə qeyri-əhali qrupu abunəçiləridir.
1 yanvar 2023-cü il tarixinə “Azərsu” ASC abonentlərinin 88,8 faizi sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 88,6 faiz, qeyri əhali qrupu üzrə isə 95,6 faiz təşkil edir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026