Ötən il Türkiyədə neçə Azərbaycan vətəndaşı yaşayış icazəsi ala bilib?

11:14 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Keçən il ərzində Türkiyədə 66 min 873 Azərbaycan vətəndaşı yaşayış icazəsi alıb.

ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, 2022-ci ildə Türkiyədə 1 milyon 354 min əcnəbi vətəndaş yaşayış izni alıb.

"Ən çox əcnəbi vətəndaş oturum icazəsini İstanbulda alıb. Belə ki, onların sayı, 705 min 113 nəfət təşkil edib" - deyə məlumatda bildirilib.

Keçən il Antalyanada 161 min 434, Ankarada 84 min 346, İzmirdə 28 min 452 əcnəbi müvəqqəti yaşayış izni alıb.

Ötən il əcnəbilər arasında müvəqqəti yaşayış izni alanların əksəriyyəti Rusiya vətəndaşlarıdır. Hesabat dövründə onların sayı 149 min 859 nəfər təşkil edib.

“Keçən il Türkiyədə 132 min 41 İraq, 115 min Türkmənistan, 100 min 772 Suriya, 95 min İran, 60 min 175 Özbəkistan, 45 min Qazaxıstan vətəndaşı da var,” - deyə məlumatda qeyd edilib.