14:28 - 9.01.2023
9 yanvar, Fineko/abc.az. 2022-ci il ərzində Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 2 milyard 406 milyon 752 min 818 manat cəlb edib.
Bu, indiyədək dövlət istiqrazları vasitəsilə cəlb edilmiş ən böyük illik məbləğdir.
ABC.AZ Bakı Fond Birjasının statistikasına istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə 2022-ci ildə alınan borc 909 milyon 427 min 682 manat və ya 60,7% artıb.
Qeyd edək ki, Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 2016-cı ildə 421 milyon 490 min 192 manat, 2017-ci ildə 794 milyon 518 min 614 manat, 2018-ci ildə 872 milyon 757 min 966 manat, 2019-cu ildə 659 milyon 8 min 281 manat, 2020-ci ildə 1 milyard 163 milyon 194 min 797 manat, 2021-ci ildə isə 1 milyard 497 milyon 325 min 136 manat cəlb etmişdi.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026