Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilib – SƏRƏNCAM

15:01 - 5.01.2023


5 yanvar, Fineko/abc.az. Prezident İlham Əliyev yanvarın 5-də “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etmək tapşırılıb.