14:37 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Azərbaycan hökuməti 2023-2026-cı illərdə əsas kapitala investisiyaların illik real artımını 2,8% səviyyəsində proqnozlaşdırır.
ABC.AZ xəbər verir ki, hökumətin proqnozlarına görə, 2023-cü ildə əsas kapitala kapital qoyuluşlarının nominal həcmi 18 milyard 703 milyon manat (2022-ci illə müqayisədə real artım 3,3%) təşkil edəcək. Həmçinin investisiyaların ümumi həcmindən 14 milyard 608,3 milyon manat (78,1%) daxili investisiyalar, 4 milyyard 94,7 milyard manat (21,9%) xarici investisiyalar təşkil edəcək.
Proqnozlara əsasən, 2023-cü ildə neft-qaz sektorunda əsas kapitala kapital qoyuluşları 5 milyard 718,1 milyon manat, digər sektorlara – 12 milyard 984,9 milyon manat təşkil edəcək.
2024-cü il üçün əsas kapitala kapital qoyuluşları 19 milyard 483,1 milyon manat (real artım 2,2%) səviyyəsində prqonozlaşdırılır. Daxili investisiyaların həcmi 14 milyard 993,8 milyon manat (76,7%), xarici investisiyaların həcmi – 4 milyard 489,3 milyon manat (23,3%) təşkil edəcək.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026