14:35 - 21.12.2022
21 dekabr, Fineko/abc.az. 4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzeSteelCompany" ASC-nin ümumi dəyəri 1,500,000 (bir milyon beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
BFB-dən ABC.AZ-a verilən məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 1500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10 %, tədavül müddəti 24 ay, kupon faizlərinin ödəniş müddəti 3 aydan birdir.
22 dekabr 2022-ci il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026