"Azərsu" rəhbərliyi Agsuda vətəndaşları qəbul edib - Foto

16:49 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov 16 dekabr 2022-ci il tarixində Ağsu şəhərində Ağsu, İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib.

ABC.AZ quruma istinad ən xəbər verir ki, Ağsu şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağsu, İsmayıllı, Ucar, Şamaxı, Qobustan rayonlarından olan 17 nəfər iştirak edib.

Vətəndaşların müraciətləri içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.