17:12 - 16.12.2022
16 dekabr, Fineko/abc.az. Azərbaycanın Ağdərə şəhəri ətrafında yerləşən “Qızılbulaq” qızıl yatağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılan sazişə uyğun olaraq “R.V.Investment” şirkəti tərəfindən istismar olunmalıdır. Lakin yataq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olduğu üçün tərəflər arasında imzalanan saziş icra edilmir.
ABC.AZ xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının dünyanın ekoloji sahədə fəaliyyət göstərən beyin mərkəzlərinə müraciətində deyilir.
Müraciətdə qeyd olunub ki, istismarla qanunsuz məşğul olan “Base Metals” şirkətinin təkcə 2009-2017-ci illərdə “Qızılbulaq” yatağından 178 milyon dollar qazandığı sübuta yetirilib. Qarabağ ərazisində 2010-cu ildən fəaliyyətə başlayan və ilkin hesablamalara görə, illik gəliri 8 milyon ABŞ dolları təşkil edən şirkət “Qızılbulaq” yatağından hər ay 12 min ton filiz çıxarıb, saflaşdırma kombinatında ilkin emaldan sonra Ermənistana aparıb və orada təkrar emal olunduqdan sonra dünya bazarına çıxarıb.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026