15:44 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə dövriyyəsinin yarıdan çoxu - 51,7%-i ərzaq mallarınını alınmasına sərf edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, sözügedən dövrdə ölkədə pərakəndə ticarət dövriyyəsi ümumilikdə 45 milyard 111 milyon manat olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə pərakəndə ticarət dövriyyəsi 38 milyard 327 milyon manat olub.
Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 6 milyard 784 milyon manat və ya 17,7% artıb.
Ötən illə müqayisədə artan 6,8 milyard manatlıq xərcin böyük hissəsi – 5 milyard manatı ərzaq xərclərinin payına düşüb.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026