14:53 - 23.11.2022
23 noyabr, Fineko/abc.az. 21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 350,000 manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
ABC.AZ BFB-dən daxil olan məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 350 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%, tədavül müddəti 540 gün, kupon faizlərinin ödəniş müddəti 90 gündən birdir.
Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026