14:49 - 22.11.2022
22 noyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentlik ("Azərkosmos") dəyəri 24,3 milyon avro olan “Azersky” peykinin 1 illik sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 450 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar ilkin sənədləri 09.12.2022 tarixində, saat 13:00-a qədər təqdim edə bilərlər.
Qalib şirkət sığorta xidmətini müqavilənin qüvvəyə mindiyi tarixdən başlayaraq 1 il müddətində göstərməlidir.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026