14:16 - 17.11.2022
17 noyabr, Fineko/abc.az. "Kasıbın ətrafı və dost-tanışı da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir".
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Razi Nurullayev deyib.
"Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən gərək çıxsın. İcra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir” deyə deputat deyib.
8 Avqust 2026
8 Avqust 2026