Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir - Deputat

14:08 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. “Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa, acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır”.

ABC.AZ xəbər verir ki, bunu deputat Razı Nurullayev Milli Məclisdə çıxışı zamanı deyib.

O qeyd edib ki, burada bir neçə incə məqam var:

“Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir".