Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdi

15:25 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq.

ABC.AZ-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Fövqəladə Hallar Nazirliyi şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edəcək.