Şuşa ilə bu şəhərlər arasında niyət protokolu imzalanıb

15:04 - 15.11.2022


15 noyabr, Fineko/abc.az. Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib.

Konfransda Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Koreyadakı səfirliyinin məsul şəxsləri də iştirak edir.

Qeyd edək ki 14-16 noyabr tarixlərində keçirilən konfrans "İcmaya əsaslanan gələcəyə yönəlik tarixi şəhər" mövzusunda keçirilir.

Konfrans çərçivəsində Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyət protokolu imzalanıb.