10:24 - 10.11.2022
10 noyabr, Fineko/abc.az. 2 il əvvəl işğaldan azad etdiyi Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirlir.
ABC.AZ “Azərsu” ASC-yə istinadla xəbər verir ki, Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.
Yeni mənbə suya tələbatın kəskin artdığı yay aylarında, eləcə də sərt şaxtalar zamanı Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın azaldığı qış aylarında Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək.
Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili şəbəkələrin tamamilə yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur.
Hazırda “Azərsu” ASC-nin və məsləhətçi şirkətlərin mütəxəssisləri bu istiqamətdə axtarış və tədqiqat işlərini davam etdirirlər.
10 Avqust 2026
7 Avqust 2026