“Azərişıq” Qubadlıda tender keçirir

10:43 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. “Azərişıq” ASC Qubadlı şəhəri ərazisində yeni 35/0,4 kV-luq "Qubadlı" Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi, 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi  üçün tender keçirir.

Tenderdə iştirak haqqı 850 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri 08.12.2022 15:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Namiq Heybətov, (telefon: 440-39-93 daxili (92-19)