15:52 - 4.11.2022
4 noyabr, Fineko/abc.az. 2023-cü ildə Azərbaycan hökuməti 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması üçün 35 milyon manat vəsait ayıracaq (2022-ci ilin göstəricisinə uyğundur).
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu vəsait dövlət büdcəsindən ayrılacaq”, - nazirlikdən bildirilir.
İndiyədək Bakı, Gəncə, Abşeron və Naxçıvan Muxtar Respublikasında 2 mindən çox hərbi qulluqçu qeyd olunan proqram üzrə mənzillə təmin olunub. Bu proqram çərçivəsində mənzil almaq hüququ olan 2,1 mindən çox şəxs isə mənzil növbəsinə dayanıb.
Bundan başqa, 2023-cü ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 12,7 milyon manat vəsait xərclənəcək.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026