Əmək pensiyalarının maliyyələşdirilməsinə 5 milyard manatdan çox pul ayrılacaq

17:26 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə proqnozlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə dərc edilən rəyində deyilir.

Rəydə qeyd edilir ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Növbəti il DSMF-nın xərclərindən əmək pensiyalarının maliyyələşdirilməsi üzrə 5 milyard 907,2 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 650,2 milyon manat çoxdur.