15:05 - 26.10.2022
26 oktyabr, Fineko/abc.az. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (Azərkosmos) maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləri ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 250 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri 17.11.2022 14:00 tarixinə qədər təqdim edə bilərlər.
4 Avqust 2026
4 Avqust 2026