Bina təmirinə 13 milyon manatdan çox vəsait ayrılıb - Fantastik xərc

12:13 - 21.10.2022


21 oktyabr, Fineko/abc.az. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması" ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Cronos Construction” MMC şirkətidir.

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC qalib şirkət ilə məbləği 13 milyon 449 min 827 manat olan müqavilə imzalayıb.