Bu şirkət Sumqayıtda bütün tenderləri "udur"

11:55 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhəri, Sülh prospektində və C.Məmmədquluzadə küçəsində səkilərdə abadlıq işlərinin görülməsi ilə bağlı bir müddət əvvəl elan etdiyi açıq tenderə yekun vurulub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Azərenerji Təchizat” MMC-i seçilib.

Qalib şirkətə 125 min 504 manat ödəniləcək. Qeyd edək lo, “Azərenerji Təchizat” MMC bir ay öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1,006 milyon manatlıq tenderini qazanmışdı. (17.09.2022).

Sözügedən şirkətin son zamanlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi 9 tenderində qalib elan olunması diqqətləri çəkib.