16:36 - 22.09.2022
22 sentyabr, Fineko/abc.az. Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 80/12 ünvanında yerləşən (ü/s 22,2 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 175 min 500 manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026