10:07 - 24.10.2017
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) Müşahidə Şurasının iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev bildirib ki, iclas, “YT Park”ın fəaliyyətinə dair illik hesabata həsr olunub.
““YT Park”ın fəaliyyətinin ali məqsədi elm-dövlət-sənaye əməkdaşlığının təmin edilməsi və elmin kommersiyalaşdırılması ilə milli innovasiya ekosisteminin və bilik iqtisadiyyatının qurulmasıdır”, - deyə İ.Quliyev qeyd edib.
İclas gedişatında AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev parkda 2016-2017-ci illər ərzində yerinə yetirilən işlər haqqında hesabat təqdim edib və qeyd edib ki, elmtutumlu mərkəz olaraq Biznes İnkubasiya Mərkəzi (BİM) 7000-dən artıq peşəkar alim və mütəxəssis ehtiva etmək imkanına malikdir, Sənaye Mərkəzi isə xüsusi statusa malik olan və rezidentlər üçün ideal infrastrukturu təmin edən istehsalat məkanıdır.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
14 Sentyabr 2026