16:48 - 8.09.2022
8 sentyabr, Fineko/abc.az. Şuşada ASAN xidmət mərkəzinin tikintisi üçün zəruri işlər görülür.
ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Dövlət Xidməti və Sosial İnnovasiyalar üzrə Agentliyin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Agentlik sədri tikinti işlərinin gələn il yekunlaşma ehtimalının yüksək olduğunu vurğulayıb: "Tikinti prosesi, yəqin ki, gələn il üçün yekunlaşar və elə gələn il də xidməti fəaliyyətə də başlayar. İşğaldan azad olunmuş digər ərazilərdə isə, bildiyimiz kimi, infrastruktur tədbirləri həyata keçirilir. Bu proseslər yekunlaşdıqdan sonra orada da ASAN xidmət mərkəzlərinin tikintisi həyata keçirilə bilər".
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026